...

Türkiyə prezidenti Liviyanın baş naziri ilə danışıqlar aparıb

Siyasət Materials 7 Avqust 2021 20:09 (UTC +04:00)
Türkiyə prezidenti Liviyanın baş naziri ilə danışıqlar aparıb

Bakı. Trend:

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviyanın baş naziri Əbdülhəmid Dibeybə arasında görüşlər keçirilib.

Trend-in "Anadolu"ya istinadən verdiyi xəbərə görə, görüşlər Vahdettin iqamətgahında təkbətək və geniş tərkibdə baş tutub.

Bildirilir ki, müzakirələr mətbuata qapalı rejimdə keçirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Türkiyə tərəfindən maliyyə və xəzinə naziri Lütfi Elvan, ticarət naziri Mehmet Muş, Mərkəzi Bankın idarə heyətinin sədri Şahap Kavcıoğlu və Prezidentin baş müşaviri Sefer Turan iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti