...

Əlcəzair Mərakeşlə diplomatik əlaqələri dayandırır

Siyasət Materials 24 Avqust 2021 21:36 (UTC +04:00)
Əlcəzair Mərakeşlə diplomatik əlaqələri dayandırır

Bakı. Trend:

Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Əlcəzair XİN rəhbəri Ramtan Lamamra bildirib.

Ramtan Lamamra qeyd edib ki, əlaqələr Mərakeşin Əlcəzairə qarşı "düşmənçilik hərəkətləri" nümayiş etdirdiyi səbəbindən dayandırılır. Xatırladaq ki, Əlcəzair və Mərakeş arasında Şimali Afrikada mübahisəli ərazi olan Qərbi Sahara problemi mövcüddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti