...

Mustafa Şentop Bakının azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayıb

Siyasət Materials 15 Sentyabr 2021 19:53 (UTC +04:00)
Mustafa Şentop Bakının azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayıb

Bakı. Trend:

Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edib.

Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop “Twitter” hesabındakı paylaşımında deyib.

M.Şentop bildirib: “Türkiyə-Azərbaycan qardaşlığının nışanı olan bu hadisənin 103-cü ildönümü münasibətilə başda Nuru Paşa olmaqla, bütün əziz şəhidlərimizi rəhmətlə yad edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti