...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası 76-cı sessiyası çərcivəsində paralel görüş keçirib (VİDEO)

Siyasət Materials 20 Sentyabr 2021 20:57 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası 76-cı sessiyası çərcivəsində paralel görüş keçirib (VİDEO)

Bakı. Trend:

20 sentyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası 76-cı sessiyası çərcivəsində paralel görüş keçirib. XXI Ali Səviyyəli Hibrid toplantısı Nyu Yorkda keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, "What Does Peace and Stability Mean in 21st Century?" başlığı ilə keçirilən XXI Ali Səviyyəli Hibrid toplantının işində Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, Robert F. Kennedi İnsan hüquqları fondunun prezidenti Kerri Kennedi, BMT Baş Katibinin SDG üzrə xüsusi nümayəndəsi Ceffri Sachs, Ərəb Liqasının sabiq Baş Katibi Amre Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Belçikanın sabiq baş naziri İv Leterme, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti Kolinda Grabar Kitaroviç, Amerika Xarici Əlaqələr İnstitutunun Prezidenti Susan Elliott, xanım Vayra Vike-Freiberga, Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Qordon Broun, İngiltərənin sabiq Baş naziri, Şefik Djaferoviç, Milli Məclisin deputatı Sevil Mikayılova, Bosniya və Herseqovinanın Prezidenti, İvo Josipoviç, Xorvatiyanın sabiq Prezdenti Rozen Plevneliev, Bolqarıstanın sabiq Prezidenti, Valdis Zatlers, Latviyanın sabiq Prezidenti iştirak edərək dünyanı narahat edən Sülh və Təhlükəsizlik, COP26, post COVİD-19 dönəmi, Cənubi Qafqaz regionunda inkişaf prespektivləri, Əfqanıstan və Qərbi Balkanları müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti