...

Prezident İlham Əliyev: Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək

Siyasət Materials 15 Oktyabr 2021 15:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək

Bakı. Trend:

Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır. Belə adlandırılan “erməni hərbi əsirlər” məsələsinə də toxunmaq istərdim. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.

Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti