...

İsrail və Azərbaycan regionda ümumi maraqları olan yaxşı tərəfdaş və müttəfiqdir - Sabiq vitse-spiker

Siyasət Materials 18 Oktyabr 2021 17:16 (UTC +04:00)
İsrail və Azərbaycan regionda ümumi maraqları olan yaxşı tərəfdaş və müttəfiqdir - Sabiq vitse-spiker

Trend-i buradan izləyin

Bakı. Trend:

İsrail və Azərbaycan regionda ümumi maraqları olan yaxşı tərəfdaş və müttəfiqdir.

Bunu Trend-ə İsrail parlamentinin sabiq vitse-spikeri Yexiel Bar İran tərəfinin Azərbaycanla İsrail arasında dostluq əlaqələri ilə bağlı təxribatçı açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, İsrail hər zaman düşmənə qarşı Azərbaycanı dəstəkləyib: "Təəssüf ki, İran İsrailin düşməninə çevrilməyə qərar verib. Tehran özü Suriyada, Livanda terrorçu təşkilatlara silah tədarük etdiyi vaxtda bizim ölkəmizi ən böyük şər qüvvə olaraq görür. İran bu gün İsrailin bütün düşmənlərini dəstəkləyir, ona görə də İsrail suveren və demokratik ölkə olaraq öz sərhədlərini və vətəndaşlarını qorumaq üçün hər şeyi edəcək. İran hər zaman bizim hər hansı ölkə ilə yaxın münasibətlərimizə mənfi reaksiya göstərir. Amma biz əminik ki, Azərbaycanla tərəfdaşlıq müsbət amildir".

Sabiq vitse-spiker hesab edir ki, demokratiyanı, sülhü, münaqişələrin dinc yolla həllini dəstəkləyən beynəlxalq ictimaiyyət İranın nüvə silahı yaratmaq üzrə strategiyasına, Yaxın Şərqdə terroçuları silahlandırmasına qarşı çıxmalıdır: "Ona görə hesab edirəm ki, BMT, Aİ, ABŞ və bütün beynəlxalq ictimaiyyət hər zaman İranın xoşagəlməz siyasətinə qarşı çıxmalı, iki demokratik ölkə olan İsrail və Azərbaycanın tərəfində olmalıdır. Bu ölkə azad dünyanın, demokratiyanın düşmənidir. Demokratiya, liberal ideyalar və sülhü təşviq edən bütün ölkələr İrandan uzaq durmalıdır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti