...

İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər

Siyasət Materials 3 Dekabr 2021 15:41 (UTC +04:00)
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər

Bakı. Çingiz Səfərli - Trend:

İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər.

Trend xəbər verir ki, bu barədə UNEC İqtisadi Forumunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, iqlim prosesləri sərhəd tanımır. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz.

"İqlim hadisələrinin daha tez müəyyən edilməsi və risklərin əvvəlcədən qiymətləndirilməsi qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. Bu baxımdan, region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlılığını təmin etmək üçün erkən xəbərdalıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platformasının yaradılması nəzərdən keçirilir.

Bununla yanaşı, effektiv transsərhəd su idarəçiliyinin təmin edilməsi, region ölkələri arasında iqtisadi və ekoloji faydanın əldə edilməsi baxımından su resurslarının davamlı idarə edilməsi məqsədilə regional əməkdaşlıq platformasının yaradılması maraq doğurur", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti