Qarabağda maddi mədəniyyət abidələri inanılmaz dağıntılara məruz qalıb - İtalyan mütəxəssis

Siyasət Materials 13 Dekabr 2021 19:46 (UTC +04:00)
Qarabağda maddi mədəniyyət abidələri inanılmaz dağıntılara məruz qalıb - İtalyan mütəxəssis

Bakı. Trend:

Qarabağda maddi mədəniyyət abidələri inanılmaz dağıntılara məruz qalıb.

Trend xəbər verir ki, bu barədə italiyalı mütəxəssis, "Uni Construction" şirkətinin təsisçisi Luici Skrintsi bazar ertəsi Heydər Əliyev Mərkəzində keçirilən "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda "dəyirmi masa"da deyib.

Skrintsi qeyd edib ki, “Qarabağ” “böyük bağ”, “rahat məkan, yaşıllıqla zəngin” deməkdir.

“Ancaq bu anlayışların heç birinə indi Qarabağda rast gəlmək mümkün deyil. Bu gün Qarabağda dirçəliş, həyata qayıtmaq üçün çox böyük işlər görülür. Bu yerlərin abadlaşdırılmasının da müqəddəs mənası var”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti