...

Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqləndi - FƏRMAN

Siyasət Materials 10 Fevral 2022 16:41 (UTC +04:00)
Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqləndi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin.

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra ‒ Agentlik) nizamnamə fondunun formalaşdırılması üçün “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.12.4.1-ci yarımbəndində (Dövlət ehtiyatlarının yaradılması və təşkili) nəzərdə tutulmuş vəsaitdən 2 516 300,0 (iki milyon beş yüz on altı min üç yüz) manat vəsaitin Agentliyə ayrılmasını təmin etsin;

- “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- üç ay müddətində:

- ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti