...

Azərbaycanlı deputatlar İsrailin Or-Akiv şəhərində Xocalı faciəsi qurbanlarının anım mərasimində iştirak ediblər (FOTO)

Siyasət Materials 23 Fevral 2022 14:13 (UTC +04:00)
Azərbaycanlı deputatlar İsrailin Or-Akiv şəhərində Xocalı faciəsi qurbanlarının anım mərasimində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatları Sevil Mikayılova və Anatoliy Rafailov İsrailin Or-Akiv şəhərində Xocalı faciəsi qurbanlarının anım mərasimində iştirak ediblər.

Trend-in məlumatına görə, tədbirdə Mark Aqarunovun rəhbərliyi altında "Sevgi" ansamblı çıxış edib.

Ansamblın solisti Salman Rabayev, tədbirin aparıcısı "Şolumi" mərkəzinin rəhbəri Şaul Siman-Tov olub.

Mərasimdə Milli Məclisin deputatı Sevil Mikayılova nitq söyləyib.

Tədbirdə həmçinin qafqazlı dağ yəhudilərinin ümum-İsrail birliyinin sədri Pavel Yelizarov, Kiryat-Yam şəhərinin mer müavini Adam Amilov da iştirak edib.

İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü Batsion Abramova Bəsti Qəlbinurun "Mənim dünyam" kitabından Xocalı faciəsinə həsr olunmuş şeiri səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti