...

Bakı Rusiya və Ukrayna prezidentləri arasında danışıqların keçirilməsi üçün ideal məkan ola bilər - Qırğız siyasətçi (FOTO)

Siyasət Materials 11 Mart 2022 13:32 (UTC +04:00)
Bakı Rusiya və Ukrayna prezidentləri arasında danışıqların keçirilməsi üçün ideal məkan ola bilər - Qırğız siyasətçi (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Rusiya və Ukrayna prezidentləri arasında danışıqların keçirilməsi üçün ideal məkan ola bilər.

Bunu Trend-ə Qırğızıstan siyasi xadimi Coomart Otorbayev deyib.

"Rus atalar sözündə deyilir: "Pis sülh yaxşı müharibədən yaxşıdır", ona görə də tərəflər hərbi əməliyyatların dayandırılması üçün aktiv dialoqa başlamalıdır. Bu barədə bir çoxları, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fikir bildirir. Mən bunu tam dəstəkləyirəm. Atəşin və qan tökülməsinin dayandırılması məsələləri ilə məşğul olmaq, dialoqa başlamaq lazımdır", - deyə o bildirib.

Siyasətçi hesab edir ki, Azərbaycan məhz moderator mövqeyində olmalıdır.

"Yadımdadır, danışıqların keçirilməsi yeri müzakirə olunarkən Bakı ideal məkan kimi nəzərdən keçirilirdi, bu gün də bu cür qəbul olunur. Bu, Azərbaycan rəhbərliyinin ağıllı siyasəti, vəziyyəti anlaması sayəsində olub. Bu, yeganə düzgün mövqedir. Bu mövqeyi ortaya qoyan Mərkəzi Asiya ölkələri də real danışıqlara başlamağa çağırır. Yalnız bu şəkildə etimadın bərpasına başlamaq olar. Bu məsələdə Azərbaycanın çoxvektorlu siyasəti nümunəvidir. Azərbaycan çox da sadə olmayan coğrafi regionda yerləşsə də, şüurlu müzakirələrin keçirilməsi üçün mexanizmlər tapır. Bütün bunlar ölkə vətədanşlarının həyatının yaxşılaşdırılması, ölkənin uğurlu gələcəyə, əməkdaşlığa və inkişafa irəliləməsi üçün edilir", - C.Otorbayev deyib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti