Bakı. Trend:
Bu gün müxtəlif sahələrdə iki ölkənin yol xəritəsi cızıldı.
Trend xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi jurnalistlərə açıqlamasında deyib.
R.Qaseminin sözlərinə görə, İranın yeni hökuməti dövründə bütün ölkələr, o cümlədən qonşu dövlətlərlə münasibətlərin gücləndirilməsi əsas götürülüb.
"Ölkələrimizi birləşdirəcək nəqliyyat dəhlizlərinin
aktivləşdirilməsi diqqət mərkəzindədir.
İki ölkə də sərhəd-keçid məntəqələrinin fəaliyyətinin artırılmasını
qərara alıb. Ticarət, sənaye, mədəniyyət və turiz sahələrində
əlaqələrin inkişafının şahidi olacağıq", - deyə nazir qeyd
edib.