Bakı. Trend:
Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sayı artırılıb.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda dəyişiklik edilib.
Belə ki, Bakı şəhər regional miqrasiya baş idarəsi Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil edilib.
Başqa sözlə, Bakı şəhər regional miqrasiya idarəsinə baş idarə statusu verildiyi üçün ayrıca qurum kimi Dövlət Miqrasiya Xidmətinin sisteminə daxil olan qurumların sırasına daxil edilib.