...

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Siyasət Materials 17 Mart 2022 20:38 (UTC +04:00)
Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Bakı. Trend:

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir", - məlumatda deyilir.

Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsi Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti