...

Ulu öndər Heydər Əliyevin Qarabağı azad görmək arzusu reallığa çevrildi - Deputat

Siyasət Materials 11 May 2022 15:49 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin Qarabağı azad görmək arzusu reallığa çevrildi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli və Şuşa şəhərində səfərdə oldular. Bu səfər eyni zamanda böyük rəmzi məna daşıyırdı, çünki mayın 10-u ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü idi. Ümummilli lider Heydər Əliyev həmişə Qarabağı azad görmək istəyirdi və bu gün ulu öndərin bu arzusu artıq reallığa çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi ulu öndər Heydər Əliyevin siyasətində ən başlıca hədəf idi.

“Heydər Əliyev hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük inam bəsləyirdi və bu yolda var gücü ilə çalışırdı. Məhz bunun üçün ümummilli liderimiz dəqiq məqsədlər müəyyən etmişdi. Ulu öndər dəqiq bilirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ilk növbədə Azərbaycanın güclü iqtisadiyyatı və ordusu olmalıdır. Bu baxımdan, Heydər Əliyev ordu quruculuğuna böyük diqqət yetirirdi. Ulu öndərin tutduğu yol Azərbaycana böyük uğurlar qazandırdı.

Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün Şuşada qürurla dalğalanan milli bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə nəhəng bərpa və quruculuq işləri həyata keçirilir. “Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu səfər çərçivəsində bir sıra təməlqoyma tədbirlərində iştirak etdi, görülən işlərlə yaxından tanış oldular.

Füzuli şəhər Peşə Liseyinin yaradılması, yeni parkın salınması, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq və digər tədbirlər azad edilmiş ərazilərdə bərpa və qürücülüq işlərinin sürətlə davam etdiyini göstərir.

Bütün bu işlər “Böyük Qayıdış”ın daha da yaxınlaşdırılması üçün aparılan işlərin tərkib hissəsidir. İnsanlarımızın öz doğma yurdlarına dönməsi və layiqli həyat şəraitinin yaradılması üçün bütün zəruri işlər görülür. 30 ilə qədər erməni vandallarının işağlı altında qalmış, dağıdılmış ərazilərimiz yenidən dirçəlir və nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”, - deyə A.Həsənova əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti