...

İçərişəhərə turist axını gündən-günə artır - Şahin Seyidzadə

Siyasət Materials 18 May 2022 18:00 (UTC +04:00)
İçərişəhərə turist axını gündən-günə artır - Şahin Seyidzadə

Bakı. Trend:

Son zamanlar İçərşəhərə daha çox restoran məkanı kimi baxılırdı. Bu düşüncələri korrekt etmək fikrimiz var. Sözsüz ki, bir tərəfdən burada restoranlar iaşə obyekti kimi turistlərə xidmət göstərir. Digər tərəfdən isə İçərişəhər ərazisinə gəlmə səbəbi buradakı mədəni irs, tarixi abidələr olmalıdır. Bizim məqsədimiz bu balansı qorumaqdır.

Bu barədə Trend-in suallarını cavablayarkən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib.

Onun sözlərinə görə, bu gün tursit axınının gündən-günə artdığı müşahidə edilir.

"Pandemiyadan əvvəl ərazidə informasiya turizm mərkəzi açılıb. Turistlər giriş zamanı həm bukletlər, həm də interaktiv xəritə vasitəsilə ərazidə yerləşən bütün muzeylər, məscidlər hamamlar və tarixi abidələrlə tanış ola bilər", - deyə Ş.Seyidzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti