...

Biz Ermənistanı revanşizm ideyalarına son qoymağa, mehriban qonşuluğa dəvət edirik - Allahşükür Paşazadə

Siyasət Materials 19 May 2022 10:39 (UTC +04:00)
Biz Ermənistanı revanşizm ideyalarına son qoymağa, mehriban qonşuluğa dəvət edirik - Allahşükür Paşazadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın, multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır.

Trend xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, bu gün azad edilən torpaqlar minalardan təmizlənir, orada yenidənqurma işləri aparılır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini, mənəvi abidələr bərpa edilir, bölgədə sülh və rifah yönündə iqtisadi layihələrlə çıxış edilir: "Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meylləri vardır. Biz Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bütün deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti