...

Prezident İlham Əliyev: Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar

Siyasət Materials 28 May 2022 15:29 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar

Bakı. Trend:

Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti