...

Şuşa Bəyannaməsi - Qardaşlığın yeni tarixi mərhələsi

Siyasət Materials 16 İyun 2022 11:19 (UTC +04:00)
Şuşa Bəyannaməsi - Qardaşlığın yeni tarixi mərhələsi

Bakı. Trend:

Bir il əvvəl- 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq konfrans iştirakşılarına məktubla müraciət edib. Cənab Prezident qeyd edib ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar bir tarix olan 15 İyun- Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi var.

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfuyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Imzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.

XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın kədəri –kədərimiz, sevinci- sevincimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” XXI əsrin əvvəllərində erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlqaqələri, mədəniyyət, təhsil, idman, gəncər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Eyni zamanda tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə öz əksini tapmışdır. Bu böyük tarixi naliyyətdir. Bu bir daha göstərir ki Azərbaycan və Türkiyə bundan sonra da bir birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Bəyannamədə mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat yayihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrin şox açıq şəkildə öz əksini tapması çox böyük əhəmiyyətə malikdir. Bu da ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur.

Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, azərbaycan tək deyil. Bu həm Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

Milli Məclisin deputatı

Rauf Əliyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti