...

Aİ Prezident İlham Əliyevin bəyanatını dəstəkləyir - Toivo Klaar

Siyasət Materials 19 İyun 2022 21:28 (UTC +04:00)
Aİ Prezident İlham Əliyevin bəyanatını dəstəkləyir - Toivo Klaar

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda səsləndirdiyi bəyanatını dəstəkləyib.

Trend xəbər verir ki, bu barədə xüsusi nümayəndənin rəsmi "Twitter" səhifəsində yerləşdirilmiş paylaşımda deyilir.

"Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir", - paylaşımda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti