...

Nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək - Zaxarova

Siyasət Materials 29 İyun 2022 16:07 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat iqtisadi əlaqələrinin açılması Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz hər zaman vurğulamışıq ki, Cənubi Qafqazda bütün nəqliyyat əlaqələrinin bərpası müsbət tendensiyaların möhkəmlənməsinə və yekunda regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edir", - deyə o bildirib.

M.Zaxarova əlavə edib ki, üç ölkə liderlərinin razılaşmalarının reallaşdırılması Bakı ilə İrəvan arasında münasibətlərin kompleks normallaşmasını təmin etməyə imkan verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti