Bakı. Trend:
ATƏT-in Minsk qrupu kimi ölünü diriltməyə çalışırlar. Onlar son zamanda bu ölü təşkilatı diriltməyə çalışırlar və bu addımı ermənilərin xeyrinə atmaq istəyirlər.
Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə heç bir iş görməyib, münaqişəni uzatmaqla məşğul olub. “Bu təşkilat artıq ölüb, onun fatihəsin vermək lazımdır”, - deyə o qeyd edib.