...

Aİ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir - Rauf Əliyev

Siyasət Materials 21 İyul 2022 11:13 (UTC +04:00)
Aİ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 18 iyul 2022-ci il tarixində mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatlarda Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əlaqələri əhatə edən bir çox mühüm məsələlərə toxunulub.

Cənab Prezident qeyd edib ki, görüş çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memoranumu imzalandı. Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.

Enerji təhlükəsizliyi məsələlərindən danışan cənab Prezident bu gün bu məsələlərin heç zaman olmadığı qədər vacibliyini bildirmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğunun böyük əhəmiyyətə malik olduğu qeyd olunmuşdur.

Bəyanatda Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqunun mövcudluğu, Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensialın Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirildiy və külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlandığı qeyd olunub.

Avropa Komisiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bəyanatında Anlaşma Memorandumuna yüksəl qiymət verilmiş və Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əlaqələr və perespektivlər barədə fikir söylənmişdir. Anlaçma Memorandumun əhəmiyyətindən danışan xanım Prezident Ursula Fon der Lyayen bildirmişdir ki, bu Anlaşma Memorandumu Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığını daha da gecləndirəcək. Avropa İttifaqı bu Memoradum vasitəsi ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik gotürür. Memorandumda ikinci mühüm məqam kimi bərpaolunan enerji qeyd olunmuşdur. Xüsusilə Xəzər dənizinin külək enerjisi və “yaşıl” hidrogenin əhəmiyyəti qeyd olunub. Anlaşma Memorandumu ilə bu sahədə əməkdaşlığın təməlinin qoyulduğu bildirilmişdir. Qaz sahəsindəki əməkdaşlığa böyük əhəmiyyət veridiyi qeyd olunmuşdur.

Ümumilikdə Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatları göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və bu münasibətlər yüksələn xətlə inkişaf edir.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti