...

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü sentyabrda keçirilə bilər

Siyasət Materials 12 Avqust 2022 10:48 (UTC +04:00)
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü sentyabrda keçirilə bilər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün sentyabr ayında keçirilməsi gözlənilir.

Trend “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomat qeyd edib.

Türkiyə ilə Ermənistan arasında aparılan qarşılıqlı danışıqların çox vacib olduğunu bildirən diplomat, bu mərhələdə bəzi məsələlərin müzakirəsinin müsbət nəticə verməyəcəyini qeyd edib.

Xatırladaq ki, bu günə qədər Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında 4 görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti