...

Ermənistan sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışsa, itirən özü olacaq - ŞƏRH

Siyasət Materials 6 Sentyabr 2022 11:54 (UTC +04:00)
Ermənistan sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışsa, itirən özü olacaq - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan xalqı 30 il boyunca öz hakimiyyətinin yürütdüyü yanlış işğalçılıq siyasətinin bədəlini ödəyib, tənəzzülə məhkum olub, rəzil gündə yaşayıb. İndi də sülh müqaviləsi uzansa və ya Ermənistan hakimiyyəti həmin müqavilənin imzalanmasını ləngitməyə çalışsa yenə də ilk növbədə itirən özləri olacaq. Çünki Azərbaycanın strategiyası, yolu bəllidir, Azərbaycan məntiq, həqiqət və ədalət üzərindən hərəkət edir və bu istiqamətdə Ermənistan da ən doğru olanı etməlidir, reallıqla barışmalıdır. Etməsə, barışmasa növbəti yanlışına imza atacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, düzdür, artıq Paşinyanın dilindən sülh müqaviləsi haqda sözlər, fikirlər eşidilir. “Bilmirəm, bəlkə də ictimai rəyi yoxlayır, ya da burada başqa səbəb var. Hər halda bunlar heç etibar ediləsi adamlar deyillər. Yəni, Ermənistan tərəfinə son ana qədər güvənmək olmaz. Amma fakt faktlığında qalır ki, Ermənistanın başqa yolu da yoxdur. Çünki Azərbaycan yetərincə güclüdür, Azərbaycan qalib tərəfdir və ən azından söylədiyim səbəblərə görə Ermənistan ağıllı olmağa məcburdur. Hətta məhkumdur.

Ermənistan yenə öz keçmiş və ənənəvi yoluna davam etsə, yenə köhnə siyasətini yürütsə bu dəfə cavabı daha ağır olacaq. Üstəlik, artıq burada Brüssel təsiri də var. Daha dəqiq söyləsəm, Brüssel görüşündə verilən mesajlar da diqqətdən yayınmamalıdır və Ermənistan gec də olsa anlamalı, dərk etməlidir ki, sülh müqaviləsinin imzalanması həm də öz xeyirinədir, bölgədəki ümumi sabitlik üçün gərəkdir, ən doğru yoldur, ən düzgün strategiyadır”, - deyə E.Musayev bildirib.

O hesab edir ki, sülh müqaviləsi ilə bağlı ilin sonuna qədər dəqiq işartılar görünəcək və təfsilatlar müəyyənləşəcək. “Çünki Azərbaycan tərəfi və xüsusən möhtərəm cənab Prezident İlham Əliyev ortaya çox ciddi siyasi iradə qoyub. Ermənistan da öz üzərinə düşəni etsə, edə bilsə nəticə müsbət olacaq və bölgədəki mühit yaxşılığa doğru əhəmiyyətli şəkildə dəyişəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti