Bakı. Trend:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti hələlik Ermənistana getməyib.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bildiyim qədər, missiya hələ getməyib. Qərar dünən axşam saatlarında qəbul edilib. Hələ missiya formalaşdırılmalıdır, sonra bölgəyə gedib çatmalıdır", - D.Peskov deyib.