...

Bu gün Azərbaycan böyük iqtisadi enerji layihələrini həyata keçirir - Rufiz Hafizoğlu (FOTO/VİDEO)

Siyasət Materials 7 Oktyabr 2022 14:47 (UTC +04:00)
Bu gün Azərbaycan böyük iqtisadi enerji layihələrini həyata keçirir - Rufiz Hafizoğlu (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün siyasi-iqtisadi kurs nəticəsində bu gün Azərbaycan böyük iqtisadi enerji layihələrini həyata keçirir və bu da daxili stabilliyin fonunda baş verən önəmli bir hadisədir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində çıxışı zamanı Trend Beynəlxalq İnformasiya Agentliyinin direktorunun müavini Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, iqtisadi layihələrin həyata keçirilməsi üçün ilk növbədə stabillik gərəklidir.

"Azərbaycan böyük iqtisadi enerji layihlərini həyata keçirir və bu da daxili stabilliyin fonunda baş verən önəmli bir hadisədir. Digər bir tərəfdən Azərbaycanın enerji layihələri digər dövlətlərin enerji layihələrindən fərqli olaraq, siyasi təzyiq kimi istifadə olunmayıb", - deyə o əlavə edib.

Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin görüşünə də toxunan Rufiz Hafizoğlu bildirib ki, ATƏT-in Minsk qrupu ilə bugünki Brüssel formatı bir-birindən tamam fərqlidir.

"Çünki ortada bir reallıq var. ATƏT-in Minsk qrupu sadəcə söhbət xətrinə bir araya gəlib danışıqlar aparırdı",- deyə o qeyd edib.

R.Hafizoğlu, həmçinin bildirib ki, illərlə erməni cəmiyyətinə aşılanıb ki, türklər sizin düşməninizdir.

"Amerikadakı erməni lobbisi keçmiş Ermənistan hakimiyyətinə bu və ya digər şəkildə təzyiq göstərirdi ki, Türkiyə ilə hər hansı bir danışıqların baş tutması mümkün deyil. Çünki Türkiyə -Ermənistan münasibətlərinin normallaşması erməni lobbisinin çökməsi deməkdir.

Azərbaycan 44 günlük müharibədən sonra fərqli bir reallıq yaratdı. İkinci Qarabağ müharibəsində Azərbaycan qalib gəldi və 2 il ərzində orada aparılan bərpa quruculuq işləri ilə ermənilərin dağıtdığı Qarabağ yenidən dirçəlir", - deyə R. Hafizoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti