...

Avstriya mətbuatında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə Brüssel formatının perspektivləri barədə məqalə dərc olunub

Siyasət Materials 11 Oktyabr 2022 18:45 (UTC +04:00)
Avstriya mətbuatında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə Brüssel formatının perspektivləri barədə məqalə dərc olunub

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzetində "Brüssel formatı: ümidverici platformanın tərəfdarları və əleyhdarları" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Azərbaycan, Ermənistan, Fransa liderlərinin və Aİ Şurası prezidentinin Avropa Siyasi Birliyi zirvəsi çərçivəsində görüşü işıqlandırılıb və Brüssel formatının perspektivləri qiymətləndirilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidentinin Praqaya səfəri və Avropa Siyasi Birliyi samitində iştirakı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının baş naziri Petr Fialanın dəvəti ilə baş tutub.

Bundan başqa, vurğulanır ki, postmüharibə dövründə Bakı ilə İrəvan arasında münasibətlərin normalaşdırılması üçün keçirilmiş görüşlərin baş tutması və dialoqun təşkilində aparıcı rol Avropa İttifaqına və şəxsən Şarl Mişelə aiddir. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə görüşüb. Bundan başqa, Şarl Mişel müxtəlif vaxtlarda Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı aparıb və sülh gündəliyini müzakirə edib. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib.

Materialda qeyd olunur ki, Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş ikitərəfli və üçtərəfli görüşlərdən sonra səsləndirilən bəyanatlarda tamamilə Azərbaycanın maraqları öz əksini tapır, belə ki, bu bəyanatlarda "Dağlıq Qarabağ münaqişəsi" və "status" ifadələri işlədilmir, Minsk qrupunun ümumiyyətlə adı çəkilmir, Qarabağdakı ermənilər isə Azərbaycan ərazisində yaşayan "etnik qrup" kimi göstərilir.

Məqaləyə əsasən, Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında, xüsusilə Zəngəzur dəhlizinin inşasında maraqlı olan tərəfdir. Bu konfiqurasiya Azərbaycanın maraqlarına tamamilə uyğundur, ona görə də Azərbaycan bu formatın dəyişdirilməsində, hər hansı qüvvənin formata daxil edilməsində maraqlı deyil.

Nikol Paşinyanın Fransa səfəri zamanı Prezident Emmanuel Markonla görüşdə Qarabağda yaşayan ermənilərin “tərəf” kimi masaya otuzdurula biləcəyi ilə bağlı verdiyi bəyanat elə çıxır ki, ona "Qarabağdakı "erməni kartı"ndan maraqlı güclərin xeyirinə istifadə edilməlidir" təlimatı verilib. Amma, məqalədə vurğulandığı kimi, Prezident İlham Əliyevin Praqa səfərindən əvvəl "Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik" sözləri Praqa sammitinə Brüssel sülh gündəliyini dəyişmək məqsədi ilə gələn, öz maraqları üçün masada İrəvanın əlini gücləndirməyə çalışan qüvvələrin planını pozdu.

Materialda, həmçinin, dövlət başçısının Azərbaycanın mövqeyinin açıq şəkildə əks olunduğu digər bəyanatları yer alıb: Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların taleyi, onların gələcək həyatı Azərbaycanın daxili işidir; Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar; onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq.

Ermənistanın öz ərazisində sərhədyanı missiyanın fəaliyyətinə icazə verməsi məqalədə Rusiyanın maraqlarına zidd addım kimi qiymətləndirilib, çünki Moskva bölgədə hər hansı xarici missiyanın fəaliyyət göstərməsinə qarşı olduğunu dəfələrlə bəyan edib. Qeyd olunub ki, İrəvanın bu addımı Rusiya ilə münasibətləri gərginləşdirə bilər.

Məqalədə vurğulanır ki, Brüssel formatı həm Azərbaycan, həm də Ermənistan üçün ən ideal müzakirə platformasıdır və bu görüşlərdə hər iki tərəf üçün uğurlu nəticələr əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti