...

Soçi sammitinin yekunları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 1 Noyabr 2022 19:37 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə Soçidə reallaşan görüş başa çatıb. Ermənistanın böyük ümid bəslədiyi Soçi görüşü bu dəfə də ermənilər üçün uğursuz olub. İşğalçı ölkə rəhbərliyinin ümidləri puça çıxıb. Üçtərəfli görüşdən əvvəl prezidentlər Vladimir Putin və İlham Əliyevin keçirdikləri təkbətək görüşdə artıq görüşün taleyi həll olunmuşdu. Yəni dövlətimizin başçısı ikitərəfli görüşdə Azərbaycanın mövqeyini qəti şəkildə bildirib - “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan, burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.

Trend-in məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Soçi sammitinin yekunları" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Hikmət Babaoğlu - Milli Məclisin deputatı, İlham Məmmədzadə - fəlsəfə elmləri doktoru, professor, Gülşən Paşayeva - BMTM-in idarə heyətinin üzvü və Tural Gəncəliyev - Milli Məclisin deputatı, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti