...

Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü olacaq - XİN təsdiqlədi

Siyasət Materials 3 Noyabr 2022 18:05 (UTC +04:00)
Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü olacaq - XİN  təsdiqlədi

Bakı. Trend:

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə Vaşinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə üçtərəfli görüşün keçiriləcəyini bildirib.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün yerli media nümayəndələrinin sualını cavablandırıb.

Bildirib ki, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.

"Sorğunuza gəldikdə isə bəli, həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti