...

KTMT anlayır ki, Azərbaycan dost və müttəfiq, Ermənistan isə təxribatçı ölkədir

Siyasət Materials 22 Noyabr 2022 10:34 (UTC +04:00)
KTMT anlayır ki, Azərbaycan dost və müttəfiq, Ermənistan isə təxribatçı ölkədir

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu çox gözəl başa düşür.

Bunu Trend-ə bu gün siyasi analitik, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Ermənistanın təcavüzü törədən və Azərbaycan ərazilərini 30 ilə yaxın öz nəzarətində saxlayan ölkə olmasına dair heç kimin şübhəsi yox idi. İkinci Qarabağ müharibəsindən sonra yeni reallıq yaranıb və bu reallıqda Ermənistan təslim olmuş, müharibəni uduzmuş bir ölkədir. Bununla belə, İrəvandakı revanşistlər hələ də yeni silahlı təxribatlar törətmək planları bəsləyir. Və belə bir təxribat törədilib, bunu hamımız xatırlayırıq. Bundan sonra Ermənistan hərbi dəstək xahişi ilə KTMT-yə müraciət edib. Bəyan edib ki, guya Azərbaycan ordusu Ermənistan ərazisinə soxulub, dövlət sərhədini pozaraq Cermuk istiqamətində bir sıra yüksəklikləri ələ keçirib", - deyə o bildirib.

İ.Korotçenko xatırladıb ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar sessiyası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-ni Azərbaycana qarşı təhrik etməyə və hərbi dəstək almağa cəhd edib.

"Lakin bu cəhd baş tutmadı. KTMT üzvlərindən heç biri onu dəstəkləmədi, İrəvanın əlində alət olmaqdan və Azərbaycana qarşı çıxmaqdan imtina etdi. Bu vəziyyətdə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun sözləri yaddaqalandır ki, Azərbaycan bizə yaxın ölkədir, ona yaxşı tanıdığımız Prezident İlham Əliyev rəhbərlik edir, o, KTMT-nin bütün üzvlərinin böyük dostu və müttəfiqidir", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, KTMT anlayır ki, Azərbaycan dost və müttəfiq, Ermənistan isə təxribatçı ölkə və təcavüzkardır. Məhz buna görə də Ermənistan KTMT-dən heç bir dəstək almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti