Bakı. Trend:
Urmu (Urmiya) gölünün quruması azərbaycanlılara qarşı ayrıseçkilikdir.
Trend-in məlumatına görə, bunu Fransada yaşayan hüquq müdafiəçisi, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri, əslən Cənubi azərbaycanlı Jalə Təbrizli bu gün keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxış edərkən bildirib.
O qeyd edib ki, Urmu gölünün böyük hissəsi qurudulub.
“14 milyon insan oradan köçməlidir. Çünki bu onların sağlamlıqlarına ciddi ziyan vurur. Sağlamlıqları üçün ciddi təhlükə var. Düz yelləri başlasa Tehrana qədər gedib çatacaq. Hər birimiz buna etiraz etməliyik”,
Dil problemindən bəhs edən J.Təbrizli ana dilindən istifadə edə bilmədiklərini qeyd edib.
“Biz orada etnik yox, millətik. Mən özümü Azərbaycan milləti olaraq görürəm. Biz ana dilimizdən istifadə edə bilmirik. Bu bizi təhqir etməkdir. Uşaqlarımız ana dilində təhsil ala bilmir. Həmçinin qadınlarımız da zülmə məruz qalırlar. Onların haqqları tanınmır”, - deyə o, əlavə edib.