...

“Prokurorluq haqqında” Qanunda dəyişiklik edilib

Siyasət Materials 8 Dekabr 2022 17:44 (UTC +04:00)
“Prokurorluq haqqında” Qanunda dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, qanuna əsasən, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin ikinci hissəsi ləğv edilir.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, sözügedən qanunun 38-ci maddəsi prokurorluq işçilərinin sosial müdafiəsini nəzərdə tutur. Maddənin ikinci hissəsinə əsasən, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti