Bakı. Trend:
Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması məsələsində qətiyyətlə hərəkət edəcək.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, Türkiyə Suriyanın şimalından mütəmadi hücumlara səssiz qala bilməz.
“Ölkəm terror təhlükəsi altındadır”, - Rəcəb Tayyib Ərdoğan söyləyib.
Onun sözlərinə görə, bu mövzu Rusiya ilə də müzakirə olunub.