Bakı. Trend:
Seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlı tələb aradan qaldırılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Siyasi partiyalar haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin ilkin variantında siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb əksini tapmışdı.
Qeyd edək ki, qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.