...

Azərbaycan XİN Kanadanın qərəzli bəyanatını qəti şəkildə rədd edib

Siyasət Materials 18 Dekabr 2022 10:59 (UTC +04:00)

Bakı. Trend:

Kanada Xarici İşlər Nazirliyinin qərəzli bəyanatını qəti şəkildə rədd edirik.

Trend-in məlumatına görə, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter hesabında Kanada XİN-lə bağlı bəyanatında yer alıb.

Qeyd edək ki, Kanada XİN növbəti dəfə Ermənistanı müdafiə edən bəyanat yayıb.

Azərbaycan XİN isə öz növbəsində vurğulayıb ki, Kanada Ermənistanı Laçın yolundan qanunsuz hərbi və iqtisadi fəaliyyətlər üçün istifadəni dayandırmağa çağırmaqla sülh prosesinə daha yaxşı kömək edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti