...

Diaspor Komitəsi türkdilli ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğini genişləndirəcək (FOTO)

Siyasət Materials 21 Dekabr 2022 14:56 (UTC +04:00)
-Fuad Muradov
Diaspor Komitəsi türkdilli ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğini genişləndirəcək (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi türkdilli ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğatını genişləndirəcək.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuşada keçirilən Bakı-Şuşa Beynəlxalq Forumunun ikinci günündə deyib.

Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatı əsərlərinin rəqəmsallaşdırılması gözlənilir.

"E-poçt vasitəsilə həmkarlarımıza göndərəcəyimiz xəbər bülleteni yaratmaq da vacibdir. Bu, iştirakçıların məlumatlılığını genişləndirəcək. Məsələn, bu gün azərbaycanlı ekoloqlar dinc etiraz aksiyası keçirirlər, lakin heç də bütün ölkələr bu barədə kifayət qədər məlumatlı deyillər", - deyə Muradov bildirib.

Bundan əlavə, o, Dövlət Komitəsinin gələcək üçün strategiyasından danışaraq, onun media, sosial şəbəkələr, İKT kimi sahələri əhatə edəcəyini bildirib.

“Bu məqsədlərə nail olmaq üçün internetdə texnoloji imkanlarımızı genişləndirmək planlaşdırılır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti