...

QHT-lər 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (FOTO)

Siyasət Materials 19 Yanvar 2023 15:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan QHT-ləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.

Bu barədə Trend-ə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Agentliyin kollektivi və 300-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarətdə Agentliyin icraçı direktoru Aygün Əliyeva və kollektivi, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.

Daha sonra “Əbədi məşəl” abidəsi önündə Qeyri - hökumət təşkilatları adından dünya ictimaiyyətinə bəyanat səsləndirilib.

Səsləndirilən bəyanatda bildirilir ki, “20 Yanvar faciəsinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməyib.

Biz - Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq tribunalarda səsləndirilməsi və eləcə də bu hadisəyə ədalətli hüquqi qiymət verilməsi üçün bütün səylərimizi birləşdirməliyik.

Biz, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları 20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması məqsədilə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq.”

Bəyanat beynəlxalq təşkilatlara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti