...

Qayıdış Konsepsiyasının qəbulu tarixi torpaqlarımıza qayıtma mübarizəmizin bir halqasıdır - İcma sədri

Siyasət Materials 26 Yanvar 2023 15:42 (UTC +04:00)
Qayıdış Konsepsiyasının qəbulu tarixi torpaqlarımıza qayıtma mübarizəmizin bir halqasıdır - İcma sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qayıdış Konsepsiyasının qəbul olunması tarixi torpaqlarımıza qayıtma mübarizəmizin bir halqasıdır.

Trend-in məlumatına görə, bunu bu gün Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli mətbuat konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, konsepsiyanın qəbul edilməsi ilə soydaşlarımızın öz torpaqlarına qayıtmasında mühüm addım atıldı.

“Bu sənəd beynəlxalq hüquqa söykənir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər təşkil olunub. Müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elektron poçtuna çoxsaylı təkliflər daxil olub. Bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti