...

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

Siyasət Materials 28 Yanvar 2023 01:44 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

Trend-in məlumatına görə, bu barədə B.Osmani tviter hesabında bildirib. O, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti