...

Heydər Əliyev irsi Azərbaycanın dövlət quruculuğu tarixinin mühüm bir hissəsidir - Bosniya və Herseqovinanın sabiq baş naziri

Siyasət Materials 23 Fevral 2023 14:53 (UTC +04:00)
Heydər Əliyev irsi Azərbaycanın dövlət quruculuğu tarixinin mühüm bir hissəsidir - Bosniya və Herseqovinanın sabiq baş naziri

Bakı. Trend:

Heydər Əliyev irsi təkcə Azərbaycanın dövlət quruculuğu tarixinin mühüm bir hissəsi deyil, həm də ölkənin inkişafının əsas sütunlarından biridir.

Trend-in məlumatına görə, bu barədə Bosniya və Herseqovinanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) idarə heyətinin üzvü Zlatko Laqumciya Trend BİA və NGBM-in "Heydər Əliyev İrsi" adlı birgə layihəsi çərçivəsində deyib.

"Böyük lider olmaq təkcə sülh şəraitində ölkəyə müvəffəqiyyətlə rəhbərlik etmək deyil. Heydər Əliyev mühüm geosiyasi dəyişikliklər fonunda doğru yol göstərərək tam müstəqillik və dövlət quruculuğuna doğru bu yolda Azərbaycan xalqı ilə birgə addımlayıb", - o deyib.

Z.Laqumciya Heydər Əliyev kimi böyük liderlərin qeyri-dinc şəraitdə xəyalları reallığa çevirmək bacarığına malik olduqlarını qeyd edib.

"Bu, xalqın üzləşdiyi hədələri və təhlükələri aradan qaldırmaq, müstəqilliyi və stabilliyi təmin edərək davamlı və hərtərəfli tərəqqiyə yol açmaq bacarığıdır. Bu cür liderlərin böyüklüyü rəhbərlik etdikləri insanların sayı, ölkənin resurslarının həcmi, zənginliyi və ya hərbi qüdrəti ilə deyil, irsi və öz ölkəsinin tarixindəki müstəsna rolu və xalq tərəfindən tanınması ilə müəyyən edilir", - o əlavə edib.

Sabiq baş nazir həmçinin bu gün Azərbaycanın zəngin tarixə, mədəniyyətə, ənənələrə və Nizami Gəncəvi kimi böyük insanların irsinə malik müasir və sürətlə inkişaf etməkdə olan ölkə olduğunu qeyd edib.

"Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf etməkdə olan ölkədir və böyük enerji, nəqliyyat və geostrateji potensialı regionda və bütünlükdə Avropada ümumi geosiyasi stabilliyin təminatı üçün mühüm faktordur", - Z.Laqumciya sonda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti