...

Əlcəzairin baş naziri Prezident İlham Əliyevə Qoşulmama Hərəkatının Sammitinin təşkilinə görə təşəkkür edib

Siyasət Materials 2 Mart 2023 15:28 (UTC +04:00)
Əlcəzairin baş naziri Prezident İlham Əliyevə Qoşulmama Hərəkatının Sammitinin təşkilinə görə təşəkkür edib
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Əlcəzair Azərbaycan Prezidenti İlham Əliyevə Qoşulmama Hərəkatının (QH) inkişafındakı töhfəsinə və koronavirus pandemiyasına qarşı mübarizədə mühüm addım olaraq Bakı şəhərində sammitin təşkilinə görə təşəkkür edir.

Trend-in məlumatına görə, bu barədə Əlcəzairin baş naziri Ayman Benabderrahman Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində çıxışında deyib.

Baş nazir sammitin əhəmiyyətini vurğulayaraq ölkəsinin qlobal pandemiyaya qarşı mübarizədə köməklik göstərməyə hazır olduğunu bildirib. Əlcəzair hökumətinin başçısı vaksinlərin ədalətli bölgüsünün ölümcül xəstəliklə effektiv mübarizədə mühüm şərt olduğunu qeyd edib.

Pandemiyanın nəticələri ilə mübarizə kontekstində Əlcəzair dəstək göstərməyə QH üzv ölkələrinin iqtisadi bərpasının sürətləndirilməsi üçün mövcud təşəbbüsə qoşulmağa hazırdır.

Baş nazir sonda təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın pandemiyaya qarşı mübarizə tədbirlərinin effektivliyinin təminatı üçün əsas şərtlərdən biri olaraq əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti