...

Bugünkü insident Bakı ilə Yerevan arasında sülh danışıqlarının irəliləməsinə ehtiyac olduğunu təsdiqləyir - Toivo Klaar

Siyasət Materials 5 Mart 2023 18:47 (UTC +04:00)
Bugünkü insident Bakı ilə Yerevan arasında sülh danışıqlarının irəliləməsinə ehtiyac olduğunu təsdiqləyir - Toivo Klaar
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident bir daha Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə ehtiyac olduğunu təsdiqləyir.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb.

"İnsan tələfatı ilə nəticələnən insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqlarda təcili irəliləyişin vacibliyini vurğulayır", - deyə o bildirib.

T.Klaar, həmçinin qeyd edib ki, o, artıq Bakıdadır və Münhen görüşlərindən sonra sülh prosesinin irəliləyişini təmin etmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlərə ümid edir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfi növbəti dəfə təxribat törədib.

Nazirlik bildirib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.

"Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti