Bakı. Trend:
20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib.
Nazir Brüsseldə “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı Beynəlxalq Donorlar Konfransında iştirak edəcək.