...

Çinin lideri Rusiyaya dövlət səfəri edib

Siyasət Materials 20 Mart 2023 14:14 (UTC +04:00)
Çinin lideri Rusiyaya dövlət səfəri edib

Bakı. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyaya dövlət səfəri edib.

Trend xəbər verir ki, Çin rəhbərinin təyyarəsi Vnukovo paytaxt aeroportuna Moskva vaxtı ilə 12:59 radələrində enib.

Bu, Ukraynada müharibə başladıqdan sonra Si Cinpinin Rusiya Federasiyasına ilk səfəridir. Çin liderinin səfəri üç gün çəkəcək.

Ukrayna danışıqlar gündəliyində duran əsas mövzulardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti