...

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlir

Siyasət Materials 21 Mart 2023 14:59 (UTC +04:00)
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlir

Bakı. Trend:

ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.

Trend bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Məlumata əsasən, Sison həmkarları və BMT-nin məsul şəxsləri ilə görüşmək və kollektiv qlobal problemlərin həllində ABŞ-nin birgə çoxtərəfli iştiraka sadiqliyini möhkəmlətmək məqsədilə 22 mart-7 aprel tarixləri arasında Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tayland və Laosa səfər edəcək.

"Sison martın 22-də Antananarivoya (Madaqaskar) səfər edəcək, sonra martın 24-də Yohannesburqa (Cənubi Afrika), martın 27-də isə Port Luisə (Mavriki) yollanacaq. Daha sonra dövlət katibinin köməkçisi martın 29-da Bakıya (Azərbaycan), martın 31-də Ulan-Batora (Monqolustan), aprelin 4-də Hanoya (Vyetnam), aprelin 5-də Banqkoka (Tayland) və aprelin 6-7-də Vyentyana (Laos) səfər edəcək", - Dövlət Departamentinin saytındakı məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti