...

Azərbaycan etibarlı ticarət tərəfdaşıdır - Bolqarıstan Prezidenti

Siyasət Materials 25 Aprel 2023 14:37 (UTC +04:00)
Azərbaycan etibarlı ticarət tərəfdaşıdır - Bolqarıstan Prezidenti

Sofiya. Trend:

Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi.Trend xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev bu ölkənin “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.

On ildən artıq müddət əvvəl imzalanan müqaviləyə əsasən, Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğunu vurğulayan Prezident Rumen Radev deyib: “Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq olundu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti