Bakı. Trend:
Fransanın Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı bəyanat yayıb.
Trend-in xəbərinə görə, bu barədə səfir Ann Buayon tviterdə bildirib.
“Tərtərdə minanın partlaması nəticəsində 3 mülki şəxsin həlak olduğunu böyük kədərlə öyrəndim. Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fransa Azərbaycanda humanitar minaların təmizlənməsinə dəstəyini davam etdirir”, - deyə səfir bildirib.
Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.