Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Trend xəbər verir ki, Fərmanda deyilir:
1.1. “Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və “Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzasları ləğv edilsin.
1.2. “Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.