...

Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub - Ceyhun Bayramov

Siyasət Materials 8 May 2023 11:16 (UTC +04:00)
Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl və yüksək səviyyəli siyasi dialoq üzərində qurulub.

Trend-in məlumatına görə, bunu bu gün Litvada səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkar Gabrielius Landsbergis ilə görüşdən sonra keçirilmiş brifinq zamanı deyib.

"2007-ci ildə iki ölkənin prezidenti tərəfindən imzalanmış Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə əməkdaşlığımızın strateji xarakterini əks etdirir. Son illər ərzindəki səfər mübadilələri və siyasi dialoqun davamı iki ölkə arasında dostluq əlaqələrinin hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 2022-ci ilin mayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri və bu ilin əvvəlində liderlərimizin Dünya İqtisadi Forumu çərçivəsində görüşü münasibətlərimizdə mühüm mərhələni əks etdirir", - o deyib.

Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti